Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

Odessa faciəsinin qurbanları yad edilir


Ukrayna - Odessa, May 2014
Ukrayna - Odessa, May 2014

Odessada bir il əvvəl hökumət tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşmada ölənlərin xatirəsi yad edilib.

2014-cü il mayın 2-də Odessadakı qarşıdurmada 48 nəfər həlak olmuşdu. Hadisələr iki ayrı qrupun etiraz yürüşü ilə başlamışdı. Muxtariyyət tərəfdarlarının sığındığı həmkarlar ittifaqı binasının yandırılması ilə sona çatmışdı. Yanğının necə baş verdiyi hələ də dəqiq bəlli deyil.

Odessa ilə yanaşı Kiyevdə də minə yaxın insan əllərində “Biz unutmayacaq, bağışlamayacağıq” şüarı ilə faciə qurbanlarını yad edib.

Daha bir anım mərasimi Ukraynanın Moskvadakı səfirliyi qarşısında keçirilib.

XS
SM
MD
LG