Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:32

Hələbdə 52 dinc sakin həlak olub


Hələb, Suriya
Hələb, Suriya

Suriyanın Hələb şəhərində hava zərbələri nəticəsində 52 dinc sakin həlak olub.

Xəbəri Böyük Britaniyadakı Suriya Hüquq Müdafiə Qrupu yayıb.

Amerika hərbçiləri məlumatı araşdırdıqlarını bildirir.

Məlumata görə, hava zərbələri səhv endirilib.

Koalisiya qüvvləri az qala hər gün Suriya və İraqda İŞİD-ə qarşı hava əməliyyatları keçirir.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, mayın 1-ə bu əməliyyatlarda 66 dinc sakin ölüb. Öldürülən terrorçuların sayı isə 2 minə yaxındır.

XS
SM
MD
LG