Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:59

Asiya İnkişaf Bankı Azərbaycanın 3 özəl bankına 120 milyon dollar ayırdı


Azərbaycan, Salyanda üzüm bağı
Azərbaycan, Salyanda üzüm bağı

Asiya İnkişaf Bankı (AİB) Access Bank, Finca Azərbaycan və Dəmirbank-a kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün 120 milyon dollar ayrılmasını təsdiqləyib.

AİB-nin Özəl Sektorla Əməliyyat Departamentinin rəhbəri Todd Freeland bildirib ki, 3 banka ayrılan vəsait AİB Azərbaycanın maliyyə bazarına dəstəyini davam etdirdiyin göstəricisidir:

«Kənd təsərrüfatının inkişafı üçün ayrılan bu vəsait kiçik fermerlərin və sahibkarların maliyyələşdirilməsinə yardım edəcək, eləcə də digər sahələrdəki kiçik sabikarlar da banklardan kredit ala biləcəklər.

Access Bank Azərbaycanda kənd təsərrüfatını dəstəkləyən 5 böyük bankdan biridir. Finca, özəlliklə, Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-bankdır. DəmirBank Azərbaycanın mikromaliyyələşdirmə portofeli olan ikinci böyük bankdır.

Azərbaycan iqtisadiyyatının neftdən aslılığını azaltmaq üçün AİB 2005-ci ildən bəri ölkənin maliyyə sahəsinə ümumilikdə 215 milyon dollar ayırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG