-
Kembric hersoginyası Catherine və şahzadə William-ın mayın 2-də qızları dünyaya gəlib. Şahzadə doğuşda iştirak edib.
Kensinqton Sarayının məlumatına görə, ana da, çağa da özlərini yaxşı hiss edir.
2013-cü il iyulun 22-də ailənin ilk övladı doğulmuşdu, bu, şahzadə George idi.
Yeni doğulan şahzadə taxt-tacın dördüncü varisidir.