Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:32

Avropa Oyunlarına görə yük maşınlarına qadağa


KAMAZ
KAMAZ

-

İyunun 1-dən 30-dək Bakıya yük avtomobillərinin girişi qadağan olunacaq.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında belə deyilir.

Bu, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədardır.

Avropa Oyunlarında iştirak edəcək idmançıları, qonaqları, KİV nümayəndələri və tamaşaçıları daşıyan nəqliyyat vasitələri üçün Bakının yollarında xüsusi zolaqlar da ayrılacaq.

Küçə və prospektlərin bir hissəsində zolaqların çəkilməsinə başlanılıb.

Zolaqların ümumi uzunluğu 48 kilometr olacaq. İşlər mayın sonunadək başa çatdırılacaq.

Məlumatda deyilir ki, həmin zolaqlardan başqa nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. Qaydanı pozanlar cəzalandırılacaq.

XS
SM
MD
LG