Fransada çıxam “Charlie Hebdo” satirik jurnalının karikaturaçısı “Luz” deyib ki, o bundan sonra Məhəmməd peyğəmbərin karikaturalarını çəkməyəcək.
Renald Luzier Fransanın “Inrocks” jurnalına müsahibəsində deyib ki, “Məhəmmədi çəkmək daha onun üçün maraq kəsb etmir”.
Yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına basqın zamanı islamçılar 12 nəfəri qətlə yetrimişdilər.
Bu hadisədən sonra çapdan çıxan nömrədə Luzun çəkdiyi daha bir karikatura var idi. Orada Məhəmməd peyğəmbərin əlində “Mən Charlie-yəm” yazılmış şüar vardı və o hönkürürdü.
“Mən Sarkozy-nin karikaturasını çəkməkdən yorulduğum kimi, Məhəmməd peyğəmbərin də karikaturasını çəkməkdən yorulmuşam” – deyib rəssam.
Bununla belə Luz öz müsahibəndə “Terrorçular qalib gələ bilmədilər” deyib.