Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 16:49

Prokuror Fərəc Kərimliyə 7 il 6 ay həbs cəzası istədi

Fərəc Kərimli
Fərəc Kərimli

-

Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib.

Nemət Kərimli deyib ki, dövlət ittihamçısı heç bir sübut gətirmədən bu əsassız cəzanı istəyib.

Məhkəmə mayın 6-da davam edəcək. Həmin gün müdafiə tərəfinin çıxışı olacaq.

F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

Müdafiə tərəfi ittihamı əsassız sayır. Fərəc Kərimlinin siyasi sifarişlə həbs olunduğunu bildirir.

This item is part of
XS
SM
MD
LG