Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:54

Məşəl Lənkərana gətirilib


Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015

-

Aprelin 29-da ilk Avropa Oyunlarının məşəli Naxçıvandan sonra Lənkərana gətirilib.

Lənkəran Beynəlxalq Hava Limanında estafet iştirakçılarını rayon rəhbərliyi, idmançılar, gənclər qarşılayıblar.

Yürüş iştirakçıları Göyşaban kəndindəki istirahət mərkəzində, Lənkərandakı «Mayak» abidə-kompleksində, Haftonu qəsəbəsindəki çay plantasiyasında olublar.

12 idmançı Lənkərandakı Bayraq Meydanından başlanacaq məşəl yürüşünü Heydər Əliyev prospekti boyunca 4.8 kilometr məsafədə davam etdirəcək.

Axşam saat 8-də isə Lənkərandakı Heydər Əliyev parkında məşəlinin qəbul edilməsi ilə bağlı Alov festivalı keçiriləcək. Festivalda musiqi kollektivlərinin konserti olacaq.

Bakı-2015 ilk Avropa Oyunlarının məşəli 48 günlük səyahəti zamanı 15 şəhər və rayondan keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG