Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 08:11

Narkomanlıqdan müalicə məcburi olacaq


Foto illüstrasiya

-

Artıq Azərbaycanda narkotik asılılığından müalicə məcburi olacaq.

Turan-ın məlumatına görə, Milli Məclis aprelin 28-də «Əhalinin sağlamlığının müdafiəsi haqqında» qanuna müvafiq dəyişiklik edib.

Düzəlişə əsasən, narkotik asılılığından əziyyət çəkənlər, cinayət törətməyənlər, amma öz yaxınlarına mənəvi və maddi ziyan vuranlar, uşaqların tərbiyəsinə mənfi təsir göstərənlər, dəfələrlə könüllü müalicədən imtina edənlər məcburi qaydada narkotik asılılığından müalicə olunacaqlar. Bu günə qədər Azərbaycanda bu müalicə könüllü idi.

Azərbaycanda rəsmi məlumatlara görə, 30 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 100 mindən çox narkoman var.

XS
SM
MD
LG