Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

Poroshenko:“İstənilən vaxt müharibə başlaya bilər”


Petro Poroshenko
Petro Poroshenko

“Ukraynanın şərqində istənilən vaxt müharibə başlaya bilər”.

Bunu Ukrayna prezidenti Petro Poroshenko aprelin 28-də Ukraynaya dəstəklə bağlı Kiyevdə keçirilən beynəlxalq sammitdə deyib.

Poroshenko qeyd edib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişi yerinə yetirilməlidir, Donbasdakı vəziyyətin dinc həllinə isə yalnız xarici tərəfdaşların birliyi ilə nail olmaq mümkündür.

Sammitdə beynəlxalq aləm və işgüzar dairələrdən 270-ə yaxın nümayəndə iştirak edir.

Toplantıda əsasən Ukraynada iqtisadi islahatlar aparılması və Donbasda hərbi əməliyyatlar nəticəsində zərər dəymiş ərazilərin bərpası müzakirə olunur.

Bu ilin fevralından Ukraynanın şərqində atəşkəs rejimi elan edilib.

Amma tərəflər vaxtaşırı bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

Ukrayna hərbçilərinin sözlərinə görə, separatçılar son günlər Ukrayna ordusunun mövqelərini 20-dəfədən çox atəşə tutublar.

Öz növbəsindeə rusiyapərəst separatçılar mövqelərinin qarşı tərəfdən azı 40 dəfə atəşə tutulduğunu deyirlər.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG