Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 18:57

İslam Dövləti təşkilatı beş jurnalistin başlarını kəsib


İslam Dövləti adlanan təşkilat bir qədər əvvəl Liviyada efiopiyalı xristianları edam etmişdi.

Liviya televiziyasının əməkdaşları ötən avqustdan bəri itkin sayılırdılar.

İslam Dövləti adlanan təşkilat Liviyanın şərqində işləyən 5 telejurnalisti başlarını kəsərək qətlə yetirib.

Liviya televiziyasının əməkdaşları ötən avqustdan bəri itkin sayılırdılar.

Jurnalistlər Benqaziyə gedərkən yoxa çıxıblar. Onların yolu islamçıların nəzasrətində olan Derna məntəqəsindən keçməli idi.

Liviya ordusunun komandanlarından Faraj al-Barassi deyib ki, jurnalistlərin cəsədləri Bayda şəhəri yaxınlığında, Yaşıl Dağ meşə massivində aşkar edilib.

4-ü liviyalı, biri misirli olan jurnalistlər Barqa telekanalında çalışırdılar. Bu telekanal şərqi Liviya üçün federalizmi dəstəkləyir.

Brüsseldə mənzillənmiş Beynəlxalq Jurnalistlər Federasiyası (International Federation of Journalists IFJ) qətllərdən sarsıldığını bildirib.

Hazırda Liviyanın qanuni hökuməti ölkənin şərqində yerləşir. Hökumət ötən avqustda paytaxt Tripolini tərk etməyə məcbur olub.

Tripolidə isə yerli administrasiya qurulub.

İslam Dövləti ölkədə yaranmış təhlükəsizlik vakuumundan istifadə edir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG