Bundan əvvəlki gün də aksiyanı dayandıran iki nəfəri başqaları əvəz etmişdi.
Aksiyanın ilk günündən aclıq edən Əsəd Əsədzadə deyir ki, səhhəti yol verənə qədər aclığı davam etdirmək fikrindədir:
«Elmar Hüseynovu öldürdülər, Sakit Zahidovu həbsə atdılar, «Azadlıq» qəzetini yerindən çıxarmaq istəyirlər. Mən buna etiraz edirəm. Mətbuata hücum etmək olmaz, bu, bütün dünyada belədir, bizdə də belə olmalıdır».
«Azadlıq» bloku üzvlərinin mətbuata təzyiqlərə son qoyulması tələbi ilə keçirilən aclıq aksiyası oktyabrın 30-dan başlanıb. «Azadlıq» bloku eyni tələblə noyabrın 2-də piket də keçirməyə cəhd edib. Hökumət nümayəndələri isə çıxışlarında mətbuata hücumlarla bağlı deyilənləri qəbul etmirlər.