Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:36

Nursultan Nazarbaev 97.7 faiz səslə yenidən prezident seçilib


Nursultan Nazarbaev
Nursultan Nazarbaev

-

ATƏT-in müşahidəçiləri Qazaxıstanda keçirilən prezident seçkisinin real müxalifət və ifadə azadlığı olmadan pozuntularla keçirildiyini deyirlər.

Aprelin 26-da Qazaxıstanda keçirilən prezident seçkisində indiki prezident Nursultan Nazarbaev 97.7 faiz səslə beşinci müddətə prezident seçilib.

Bunu Qazaxıstanın Mərkəzi Seçki Komissiyası elan edib.

74 yaşlı Nazarbaev 25 ildən çoxdur hakimiyyətdədir. Müxalifətə təzyiqlər və mediaya üzərindəki sərt nəzarət fonunda onun asanlıqla qalib gələcəyi gözlənirdi.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərdə 95.22 faiz seçici iştirak edib.

Seçkidə Nazarbaevin iki rəqibi olub.

Elə də tanınmayan və hökumətyönlü fiqurlar sayılan bu namizədlər seçkiyə rəqabət ovqatı yaratmaq üçün qatılıblar.

68 yaşlı Turgun Syzdykov keçmiş vilayət rəhbəridir və Kommunist Partiyasını təmsil edir.

Digər namizəd, 63 yaşlı Abelgazy Kusainov isə seçkiyə müstəqil namizəd kimi getsə də, vaxtilə bir neçə nazirlikdə vəzifə tutub və hazırda Qazaxıstan həmkarla ittifaqları federasiyasının rəhbəridir.

Keçmiş Sovet İttifaqı Siyasi Bürosunun üzvü olan Nazarbayev dəfələrlə bəyan edib ki, ölkədə demokratik islahatlara başlamazdan əvvəl, güclü və çiçəkıənən ölkə qurmaq niyyətindədir.

Onun hakimiyyəti dövründə bir çox rəqibləri və tənqidçiləri ölkəni tərk edib, onlardan bəziləri müəmmalı vəziyyətdə öldürülüb və ya vəfat edib.

Qazaxıstanda növbəti prezident seçkidi 2016-cı il aprelin 26-da keçirilməli idi.

Amma Xalq Məclisi Nazarbayevin sədrliyi ilə seçkini bu ilə keçirdi.

Dünya bazarında neftin qiymətinin kəskin düşməsi və onun əsas ticarət tərəfdaşı olan Rusiyaya qarşı beynəlxalq sanksiyalar Qazaxıstan iqtisadiyyatına da mənfi təsir göstərməyə başlayıb.

Nazarbayev seçki ərəfəsində məqaləsində bildirirdi ki, ölkəni bu çətin vəziyyətdən çıxarmaq üçün seçki prezidentə dəqiq mandat verəcək.

Onu ölkədə rəsmi olaraq “Millətin lideri” adı verilib.

Nazarbayev1991-ci ildə Sovet İttifaqının dağılmasına bir neçə həftə qalmış prezident seçilib.

1995-ci ildə onun prezidentlik müddəti referendum yolu ilə 2000-ci ilədək uzadılıb.

1999-cu ildə o vaxtındanəvvəl, 2005-ci ildə isə prezident sçkilərində yenidən qalib gəlib.

20011-ci ildə isə 96 faiz səslə yenidən vaxtındanəvvəl prezident seçkisinin qalibi olub.

Bu seçkilərdən heç biri beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli hesab olunmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG