Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

Hüquq müdafiəçiləri «İnformasiya əldə etmək haqqında» qanunun tətbiqində maneələrin olduğunu bildirir


«İnformasiya əldə etmək haqqında» qanun hökumətin şəffaflığının və səmərəliliyinin artırılmasında mühüm addım olsa da, bu qanunun bir sıra vacib müddəaları hələ də işə düşməyib».

Bir qrup hüquqşünasın və hüquq müdafiəçisinin noyabrın 4-də prezidentə ünvanladıqları müraciətdə bildirilir ki, «İnformasiya əldə etmək haqqında» qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində informasiya məsələləri üzrə müvəkkil təyin edilməli olsa da, bu hələ də edilməyib.


«Qanunun yaxşı işləməsi, onun məqsədlərinə çatması üçün 6 ay müddətində informasiya məsələləri üzrə müvəkkil təyin edilməli idi. Hələ heç müvəkkilliyə namizədlərin adları belə açıqlanmayıb. Üç ay ərzində dövlət orqanları, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər informasiya xidmətləri göstərən struktur bölmələri yaratmalıdırlar. Qanuna görə, bütün dövlət orqanları ən geci bir il ərzində İnternet informasiya ehtiyatları yaratmalı və informasiya növləri üzrə bilgiləri səhifədə yerləşdirməlidir» - deyə sənəddə qeyd olunur.


Müraciət müəllifləri bildirir ki, bir sıra mərkəzi icra orqanları hələ də öz səhifələrini açmayıblar. Həm dövlət orqanlarının, həm də vətəndaşların informasiya azadlığı sahəsində maarifləndirilməsi işi də qanunun tələblərinə cavab vermir.


«İnformasiya əldə etmək haqqında» qanun 2005-ci ilin dekabrından qüvvəyə minib.


XS
SM
MD
LG