Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Şimali Kipr: Solçu Mustafa Akıncı prezident oldu


Mustafa Akıncı, xanımı Meral və ailəsi ilə.
Mustafa Akıncı, xanımı Meral və ailəsi ilə.

Mustafa Akıncı çoxillik münaqişənin nizamlanması üçün Kipr yunanları ilə danışıqların bərpa ediləcəyini bildirib.

Beynəlxalq aləmdə tanınmamış Şimali Kipr Respublikası prezident seçkilərində ikinci turun ilkin nəticələrinə görə özünün solçu baxışları ilə tanınan müstəqil namizəd Mustafa Akıncı qalib olub.

O inidyədək hesablanmış səslərin 60 faizini qazanıb. Hazırkı prezident, mühafizəkar Derviş Eroğlu səslərin 40 faizini yığa bilib. Seçkidə elektoratın 64 faizi səs verib.

Mustafa Akıncı çoxillik münaqişənin nizamlanması üçün Kipr yunanları ilə danışıqların bərpa ediləcəyini bildirib.

Kipr prezidenti Nikos Anastasiadis Mustafa Akıncının seçilməsini müsbət nəticə adlandlırıb və bildirib ki, tez bir zamanda yeni türk liderlə görüşməyə ümid edir.

XS
SM
MD
LG