Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:36

Rusiyalı hakerlər Obama-nın elektron poçtuna daxil olublar


“New York Times” qəzetinin yazdığına görə ötən il Ağ Evin elektron poçt sisteminə daxil olan rusiyalı hakerlər prezident Obama-nın qeyri-məxfi e-maillərini oxuya biliblər.

“New York Times” qəzetinin yazdığına görə ötən il Ağ Evin elektron poçt sisteminə daxil olan rusiyalı hakerlər prezident Obama-nın qeyri-məxfi e-maillərini oxuya biliblər.

Lakin qəzet yazır ki, hakler müdaxiləsi əvvəl düşünüldüyündən daha miqyaslı olub.

Rəsmilər bildiriblər ki, qeyri-məxfi e-maillərin arasında həssas informasiyalar da olub.

Ötən il bu haker hücumunun üstü açılanda Ağ Evin elektron poçt sistemi qismən qapadılmışdı.

“New York Times” yazır ki, Dövlət Departamentinin də e-mail sistemində qeyri-məxfi poçtlara daxil olan hakerlər, belə görünür Obama-nın və onun köməkçisinin Blackberry telefonlarına müdaxilə edə bilməyiblər.

Rəsmilər bildirirlər ki, beləliklə, hakerlər daha ciddi qorunan məxfi sektorlara daxil ola bilməyiblər.

Bununla belə, hakerlər prezident Obama ilə yazışmada olan başqa Ağ Ev rəsmilərinin e-maillərini oxuya bilərdilər.

Ağ Ev bildirib ki, hakerlər heç bir məxfi informasiyaya təmas edə bilməyiblər.

Ağ Evin işçiləri adətən iki kompüterdən istifadə edirlər. Bunlardan biri məxfi, digəri isə açıq məqsədlər üçün istifadə edilir.

XS
SM
MD
LG