Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:24

Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirilib


François Hollande və İlham Əliyev - 25 aprel 2015
François Hollande və İlham Əliyev - 25 aprel 2015

-

Aprelin 25-də Azərbaycan prezidenti İlham Əliyevin və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti François Hollande-ın görüşü olub.

AZƏRTAC-ın məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirilib və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti François Hollande-ın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub

Görüşdən sonra Azərbaycan və Fransanın təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

François Hollande Bakıya aprelin 24-də axşam gəlib.

XS
SM
MD
LG