Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:13

Körpünü «İslam Dövləti»ndən geri aldılar


İraq ordusu İŞİD-in mövqelərinə artilleriya zərbələri endirir – 20 aprel 2015.

-

İraq qoşunu qərbi Ənbər əyalətindəki aparıcı körpünü «İslam Dövləti» (İD) yaraqlılarından geri alıb.

Hafiz körpüsü ölkənin qərbində yerləşən Ramadidə gedən döyüşlərdən sonra aprelin 24-də ələ keçirilib.

Polis polkovniki Mahdi Abbas deyir ki, körpü İD yaraqlılarının əsas marşrutu idi və bir neçə ay idi ki, onlar tərəfindən tutulmuşdu.

Əyalət rəsmiləri ötən həftə xəbərdarlıq etmişdilər ki, Ramadi təhlükə altındadır.

Artıq Ramadinin mərkəzi İraq həbrçilərinin nəzarəti altındadır.

İD yaraqlıları 2014-cü ilin yayından İraqın qərbində və şimalında bir çox yeri işğal edib.

XS
SM
MD
LG