Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:03

«Çerkizov» bazarının müvəqqəti bağlandığı bildirilir


Noyabrın 4-də Moskvada Rusiya millətçilərinin keçirmək istədiyi «Rus marşı» ilə bağlı yüzlərlə azərbaycanlının çalışdığı «Çerkizov» bazarı müvəqqəti fəaliyyətini dayandırıb. Moskvada Azərbaycan dilində çıxan «Millətin səsi» qəzetinin baş redaktoru Aqil Alışovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, belə bir addım diaspora nümayəndələrinin və Rusiya hüquq-mühafizə orqanlarının müraciətindən sonra atılıb. Cənab Alışovun sözlərinə görə, hələ ki, Rusiya paytaxtında azərbaycanlılara qarşı ciddi bir təhlükə hiss olunmur.


Rusiyadakı Qanunsuz İmmiqrasiyaya Qarşı Hərəkat noyabrın 4-də Moskvada və Sankt-Peterburqda qanunsuz miqrasiya və etnik cinayətkarlara qarşı «Ruş marşı» adlandırılan yürüş keçirmək istəyir. Adı çəkilən şəhərlərin meriyaları bu yürüşlərə rəsmi şəkildə rədd cavabı versə də, millətçi qruplar aksiyanı keçirməkdə israrlı olduqlarını bildirirlər.


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən noyabrın 2-də «Azadlıq» radiosuna verilən məlumatda isə bildirilirdi ki, qurum Rusiyadakı diaspora təşkilatları vasitəsilə hər iki şəhərdə bazarlarda və müxtəlif yerlərdə çalışan azərbaycanlılara bir-iki günlük işə çıxmamaq barədə müraciət edib.
XS
SM
MD
LG