Teymur Rəcəbov Fransanın Monpelye şəhərində keçirilən beynəlxalq şahmat turnirində qələbə qazanıb. O, finalda ukraynalı Sergey Karyakinlə keçirdiyi iki partiyanın birində qalib gəlib, digərində isə heç-heçə edib. Turnirin təşkilatçıları Rəcəbova mükafat kimi 16 min avro verib.