Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 19:26

Sumqayıtda hadisə: marketdə çalışan fəhlə ölüb


Foto illüstrasiya

-

Sumqayıtda ölüm hadisəsi qeydə alınıb. Olay şəhərin 17-ci mikrorayonunda aprelin 24-də açılışı planlaşdırılan «Rahat» marketdə baş verib.

Məlumatı ANS yayıb.

Bildirilir ki, fəhlə marketin içində hərəkət edən eskalatorun arasında qalaraq həyatını itirib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Ölən şəxs 1990-cı il təvəllüdlü Ruslan Qurbanovdur.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG