Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 04:48

Azərbaycanda əhalı yaşlanır


Foto illüstrasiya
Foto illüstrasiya

-
«Dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşması müşahidə olunur».

Yerli agentliklərin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ahıllarla bağlı nazirlikdə keçirilən seminarda deyib.

O bildirib ki, 1950-2010-cu illərdə 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizədək artıb. İ.İsayev qeyd edib ki, 2050-ci ilədək bu göstəricinin 12 faizədək artacağı proqnozlaşdırılır:

«BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. 2025-ci ilədək aparılan proqnozlara görə, 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15%, inkişaf etmiş ölkələrdə isə 30%-ni təşkil edəcək».

İ.İsayev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4 faizini təşkil edir. Nazirlik rəsmisi hesab edir ki, qeyd olunan kriteriyalar baxımından Azərbaycan əhalisi «cavan» əhali sayılır.

XS
SM
MD
LG