Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Avqust, Cümə, Bakı vaxtı 08:18

İtaliya insan qaçaqmalçıları ilə “müharibə”dədir


İtaliyanın baş naziri Matteo Renzi

Baş nazir Matteo Renzi Avropa İttifaqına müraciət edərək Aralıq dənizində miqrantların kütləvi boğulmasının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.

İtaliya bəyanat verib ki, Aralıq dənizində fəaliyyət göstərən insan qaçaqmalçıları ilə müharibədədir.

Baş nazir Matteo Renzi Avropa İttifaqına müraciət edərək Aralıq dənizində miqrantların kütləvi boğulmasının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.

İtaliyanın müdafiə naziri Roberta Pinotti telekanallardan birinə müsahibəsində bildirib ki, Avropa İttifaqı bölgəyə hərbi müdaxilə barədə düşünməlidir.

O deyib ki, qaçaqmalçıların katerlərinin yerləri, özlərinin toplaşdıqları yerlər bilinir və sadəcə olaraq hərbi əməliyyatın keçirilməsinə ehtiyac var.

Bununla belə, bir sıra yüksək vəzifəli hərbçilər belə bir müdaxilənin realist olmadığını söyləyirlər.

Ötən bazar günü Liviya sahilləri yaxınlığında mühacirləri Avropaya daşıyan qaçaqmalçı gəmisi batdığı üçün 800-dən çox insan boğularaq həlak olub.

Xəbər verilir ki, son aylarda Şimali Afrikada və Suriyada davam edən döyüşlərdən qaçan insanların sayı kəskin artıb.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, ötən ildən bəri ölən miqratntların sayı 30 dəfə artıb.

XS
SM
MD
LG