Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:30

Avropa Komissiyası Qazproma qarşı rəsmi ittiham irəli sürüb


Margrethe Vestager
Margrethe Vestager

Avropa Komissiyası aprelin 22-də Rusiyanın Qazprom şirkətinə qarşı rəsmi ittiham irəli sürüb.

Şirkət antimonopoliya qanunlarını pozmaqda günahlandırılır.

Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəsmisi Margrethe Vestager Qazpromun Estoniya, Latviya, Litva, Macarıstan,Bolqarıstan,Çexiya,Polşa və Slovakiyada monopoliya yaratdığını bildirib.

İddia şirkətin müəyyən etdiyi neft və qaz qiymətlərinə də aiddir.

Vestager bildirib ki, belə qərara gəlmişik ki, Qazprom bir neçə mərkəzi v şərqi Avropa ölkəsində qazın sərbəst axınına süni əngəl yaradır və bununla azad rəqabət qaydalarını pozur.

Qazprom isə dərhal Avropa Birliyinin bu ittihamını rədd edib və onun tamamilə əsassız olduğunu bəyan edib.

Şirkət aprelin 22-də yaydığı bəyanatda bütün beynəlxalq normalar və fəaliyyət göstərdiyi bütün ölkələrin milli qanunvericiliyinə ciddi şəkildə əməl etdiyini bildirir.

XS
SM
MD
LG