Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:59

AzadliqLiveTV - 24 Aprel

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə.

AzadliqLiveTV-də aprelin 24-də mövzuları

(AzadliqLive burdan dinlə)

- Erməni “soyqırımı” və Çanakkala savaşının 100 illiyidir

- Tarif Şurası Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləməyə başlayacaq

- Evdə təhsilə cəlb olunan uşaqlar üçün aylıq müavinət təyin edilib

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLiveTV-ni axşam saat 22-də HotBird ARTV kanalında və internetdə, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin videoları da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, ən yeniləri bloqun əvvəlində olur. Mətnin altında göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

14:22 21.4.2015

Ulduz futbolçular Ebola virusuna qarşı

Ulduz futbolçular aprelin 20-də yoldaşlıq maçına çıxıb. Yoldaşlıq görüşü yoxsulluğa qarşı keçirilən maç kimi dəyərləndirilir. Çünki əldə edilən vəsait Birləşmiş Millətlərin Ebola virusu ilə mübarizə proqramına və digər xeyriyyə məqsədləri üçün xərclənəcək.

Komandalarda veteran futbolçular oynayıb. Onların arasında Zinedine Zidane, Ronaldo, Pierre-Emerick Aubameyang, Dominique Rocheteau da olub.

14:30 21.4.2015

Muhammad Morsi və onun 12 yaxın tərəfdarına hökm oxundu

Misir məhkəməsi devrilmiş islamçı prezident Muhammad Morsi və onun rəhbərlik etdiyi “Müsəlman qardaşları” hərəkatının daha 12 lideri və tərəfdarını 20 il azadlıqdan məhrum edib.

Onlar 2012-ci ildə, Morsi hakimiyyətdə olarkən dinc nümayişçilərin qətlində təqsirli biliniblər.

Morsinin yaxın tərəfdarları Mohammed el-Beltagy və Essam el-Erian da onların arasındadır.

Hökm aprelin 21-də Qahirə məhkəməsində oxunub.

Morsinin tərəfdarları 2012-ci ilin dekabrında müxalifətin mitinqinə hücum edərkən toqquşma baş verdi və bu azı 10 nəfərin ölümü ilə nəticələndi.

Bundan sonra etiraz və toqquşmalar daha da şiddətləndi və Muhammad Morsi 2013-cü ildə hakimiyyətdən kənarlaşdırıldı.

O hazırda İsgəndəriyyə şəhərinin yaxınlığındakı xüsusi rejimli həbsxanada saxlanılır.

15:16 21.4.2015

Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib

“Qərbin sanksiyalarına görə, Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib və itkilər bu il bir neçə dəfə artıq ola bilər”.

Bunu Rusiyanın baş naziri Dimitri Medvedev aprelin 21-də bildirib.

O 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında artıq 2 faiz geriləmə olduğunu qeyd edib.

Rublun ABŞ dollarına nisbətdə məzənnəsi də yenidən düşməyə başlayıb.

Aprelin 21-də Moskva birjasında 1 dollar 54 rubla satılıb ki, bu aprelin 8-dən bu yana ən yuxarı həddir.

Rubl ötən ilin dekabrında dollara nisbətdə ən aşağı həddə düşdükdən sonra, yavaş-yavaş bərpa olunmağa başlamışdı.

Həmin vaxt 1 ABŞ dolları təxminən 80 rubl idi.

2014-cü ildə dünya bazarında neftin qiymətinin kıskin düşməsi və Ukrayna böhranına görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, əsas gəliri neftdən olan Ukrayna iqtisadiyyatına ciddi ziyan vurur.

Davamı

XS
SM
MD
LG