Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:36

İslam Dövləti 30 efiopiyalı xristianı edamsayağı qətl edib


Təbliğat videosundan alınmış bu foto Liviyadakı İD qüvvələrini göstərir.
Təbliğat videosundan alınmış bu foto Liviyadakı İD qüvvələrini göstərir.

Bu videoda cihadçılar “səlibçi” adlandırdıqları 15 xristianın başını kəsir, daha 15 nəfəri isə başlarına atəş açaraq güllələyirlər.

Reuters agentliyi xəbər verir ki, İslam Dövlətinə aid olduğu iddia edilən və sosial mediaya postlanan videoda cihadçıların Liviyada 30 Efiopiya xristianını güllələməsi və başlarının kəsməsi görünür.

Agentlik bildirir ki, videonun mənbəyini müəyyənləşdirə bilməyib, lakin ğörüntülər İD zorakılıqlarınİraqdakı və Suriyadakı istehkamlardan Liviya kimi yerlərə yayılmasının nümayişinə bənzəyir.

Bu videoda cihadçılar “səlibçi” adlandırdıqları 15 xristianın başını kəsir, daha 15 nəfəri isə başlarına atəş açaraq güllələyirlər.

Videoda edam edilənlərin “Efiopiyadakı düşmən xaçpərəst kilsəsinin” sitayişçiləri olduqları bildirilir.

Hələlik nə Liviya, nə də Efiopiya hökuməti bu video ilə bağlı şərh verməyib.

Bununla belə, Efiopiya hökumətinin sözçüsü Redwan Hussein “qəddar qətlləri” pisləyib və bildirib ki, əgər özləri arzu etsələr, Efiopiya hökuməti Liviyadakı efiopiyalıları vətənə qaytarmağa hazırdır.

Ötən fevralda cihadçılar Liviyada Misir xristianlarını öldürdükdən sonra Qahirə hökuməti Liviyadakı İD mövqelərinin havadan raket zərbələrinə tutulmasını əmr etmişdi.

Videodakı qara geyimli və maskalı “aparıcı” xristianları ya ölüm, ya da İslam arasında seçim etməyə çağırır.

İslam Dövləti hazırda İraq və Suriyanın böyük ərazilərinə nəzarət edir və indi isə nəzərlərini neftlə zəngin Liviyaya dikib.

XS
SM
MD
LG