Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:06

“Hakimiyyət xalqı necə aşağılayır?”


Bakı 2015 Avropa Oyunları
Bakı 2015 Avropa Oyunları

-​

“Azadlıq” qəzeti yazır ki, Avropa Oyunlarına görə ölkəyə ambulans helikopterlər gətirilib, yeni metro qatarları alınıb, səyyar tualetlər quraşdırılıb. Binaların üz qabığı yenidən abadlaşdırılıb, sürücülərə xüsusi geyimlər hazırlanır, qida məhsullarının keyfiyyət standarları yaxşılaşdırılır, əlillərin də rahat istifadə edə biləcəyi avtobuslar reydə buraxılır.

“Bütün bu işləri Avropa Oyunları keçirilmədən də görmək zəruri olduğu halda, hakimiyyət bu addımları atmayıb. Məsələn, ambulans helikopteri ölkə üçün onsuz da vacibdir. Tez-tez eşidirik ki, hansısa ucqarda vətəndaş qan itkisindən dünyasını dəyişib, yaxud Bakıya çatıdırıla bilməyib. Ambulans helikopter xidmətindən yalnız müəyyən imtiyazlı şəxslər yararlana bilər. Yaxud səyyar tualetlərin quraşdırılması ən zəruri işlərdən biridir. Dünyanın bütün yerlərində səyyar tualetlər fəaliyyət göstərir və bu vacibdir. Amma uzun illərdi Azərbaycanda bu istiqamətdə iş aparılmır və sanki orta əsrlər ab-havası hökm sürür. Əlillərin avtobusdan sərbəst istifadə etməsi, sürücülərin səliqəli geyinməsi, avtobusların təmizlənməsi də gündəlik işin tərkib hissəsi olmalıdır. Amma aydın görünür ki, hakimiyyət avropalıya verdiyi qiyməti, qətiyyən öz vətəndaşına qarşı sərgiləmir. Bu günə qədər də bu işlərin görülməsinin vacibliyini dərk ediblər, sadəcə olaraq ölkə vətəndaşına görə bu addımı atmağı önəmli hesab etməyiblər”.

AVROPA OYUNLARI İLƏ BAĞLI MƏKTƏB ŞAGİRDLƏRİNDƏN PUL YIĞILIR​

məktəb
məktəb

“Bizim Yol” qəzeti yazır ki, son günlər bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı məlumatlar səslənir.

“Hər hansı təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar. Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib. Bildirib ki, bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir”.

ŞAGİRDLƏR HEYDƏR ƏLİYEVİN FƏALİYYƏTİ İLƏ BAĞLI MƏLUMATLARI DİNLƏYİBLƏR

arxiv foto
arxiv foto

“Azərbaycan” qəzeti yazır ki, Tərtərdəki Heydər Əliyev Mərkəzində XI sinif şagirdləri üçün açıq dərslər davam edir.

“Növbəti dərsdə Azad Qaraqoyunlu və Kəngərli kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər. Tədris prosesində ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, ölkədə iqtisadi dirçəlişə nail olunması sahəsində gərgin fəaliyyəti barədə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxması ilə əlaqədar məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilib. Bu günədək Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində keçilən dərslərə Tərtər rayonu üzrə 710, Kəlbəcər rayonu üzrə isə 45 nəfər XI sinif şagirdinə dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif məqamları ilə bağlı dolğun məlumatlar verilib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG