Belarus prezidenti Alyaksandr Lukaşenka Moskvada keçiriləcək 9 may paradında Putinlə çiyin-çiyinə dayanmayacaq.
O deyib ki, İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın yalnız 7-8-də Moskvada olacaq, lakin mayın 9-da keçiriləcək hərbi parada tamaşa etməyəcək.
Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində Belarus lideri deyib ki, mayın 9-u üçün Belarusun Minskdə keçiriləcək öz paradı var.
Təhlilçilər yazırlar ki, Minsk indiyədək Moskvanın ən yaxın müttəfiqi olub, lakin indi bu ölkə Rusiyanın Ukrayna üzərinə təcavüzündən narazıdır.
Buna baxmayaraq o, mayın 9-da Moskvaya getməyən başqa dünya liderlərini tənqid edib və deyib ki, bu, keçmiş SSRİ-yə və Şərqi Avropanın azad edilmiş xalqlarının xatirəsinə hörmətsizlikdir.
Moskvada keçiriləcək “Qələbə” paradında iştirak edəcəklərini bildirmiş 25 ölkə var. Bura Çin, Serbiya və Şimali Koreya da daxildir.