Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Bakıda gürcü xanım rəssamın sərgisi açılıb


Tamara Kvesitadze (ortada)
Tamara Kvesitadze (ortada)

-

«Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə «Əli və Nino» adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib».

Bu sözləri aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadze-nin fərdi sərgisinin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirib.

Nazirliyin yaydığı xəbərə görə, sərgi bu qurum, «Kukla» Art-qalereyası və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Tamara Kvesitadze əslən Tbilisidəndir, hazırda ABŞ-da yaşayır.

İxtisasca memardır.

Tbilisi Texnoloji Universitetini bitirib. Keçən əsrin 90-cı illərində bir müddət İtaliyada yaşayıb, orada Venesiya karnavalının gözəlliyinə heyran olub. Bu heyranlıq onda kukla hazırlamağa həvəs oyadıb.

Əsərlərinin əsas cəhəti hərəkətə meyllilikdir. Dünyada kuklaların statikliyini lap əvvəldən qəbul etməyən Tamara Kvesitadze sanki yaşayan, tamaşaçı qarşısında cürbəcür səhnələr göstərən kuklalar düzəltməyə başlayıb.

İtaliyadan ABŞ-a köçdükdən sonra həmkarları Paata SanayaZura Gugulashvili ilə birlikdə «Tamara studiyası»nı açıb.

Məhz statiklikdən dinamikliyə meyl Tamara Kvesitadze-ni heykəltəraşlığa yönəldib.

O, yaratdığı əsərləri «dinamik heykəllər» adlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG