Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 18:52

-

Azərbaycan bəstəkarı, xalq artisti Ramiz Mirişli aprelin 17-də axşam saatlarında vəfat edib.

Ölümündən bir gün qabaq aprelin 16-da onun 81 yaşı tamam olub.

AZƏRTAC xəbər verir ki, tanınmış bəstəkar 10 gün əvvəl xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da vəfat edib.

Bəstəkarla vida mərasimi aprelin 18-də Bakı Musiqi Akademiyasında olacaq.

Bəstəkar Naxçıvan Muxtar Respublikasında doğulub.

Dövlət Konservatoriyasını bitirib.

O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.

Xalq artisti Ramiz Mirişli onlarla mahnı və romansların müəllifi kimi tanınır. O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG