Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

İran BMT-yə Yəməndə sülhə dair plan təqdim edib


İranın xarici işlər naziri Mohammad Javad Zarif
İranın xarici işlər naziri Mohammad Javad Zarif

İranın xarici işlər naziri BMT-nin baş katibi Ban Ki-moon-a yazdığı məktubda Yəməndə sülhün bərqərar edilməsinə dair 4 bənddən ibarət plan təklif edib.

İranın xarici işlər naziri BMT-nin baş katibi Ban Ki-moon-a yazdığı məktubda Yəməndə sülhün bərqərar edilməsinə dair 4 bənddən ibarət plan təklif edib.

Xarici işlər naziri Mohammad Javad Zarif-in təklif etdiyi sülh planında bütün tərəflər arasında atəşkəs elan edilməsi, bütün xarici müdaxilələrin dayandırılması, humanitar yardım və milli barışıq üçün geniş dialoqdan söz açılır.

Qərb və ərəb diplomatları bu plana həvəssiz yanaşaraq İranın bu münaqişədə maraqlı tərəf olduğunu bildiriblər.

Hazırda Yəməndə sünni Səudiyyə koalisiyasının təyyarələri İran tərəfindən dəstəklənən şiə husi qiyamçılrının mövqelərinə raket zərbələri endirir.

Ban Ki-moon ötən cümə axşamı günü Yəməndə bütün tərəfləri atəşi dayandırmağa çağırıb. Bu çağırış Yəmənə hava reydləri keçirən Səudiyyəyə də aiddir.

XS
SM
MD
LG