Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 16:27

“Yas mərasimləri ilə bağlı vip-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb və hazırda Nazirlər Kabinetində baxılır”.

APA-nın məlumatına görə, bunu aprelin 17-də KİV rəhbərləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, qanun layihəsi qəbirlərin ölçüsü və məzarlıqlarla bağlı qaydalara aiddir:

“Layihədə qəbirlərin adi daşdan, hündürlüyü 50, sinəüstü daşın isə 60 sm olması təklif edilir.

Qəbirlərin ara məsafəsi də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında isə ər üçün yer saxlanıla bilər”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG