Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:25

A.M.A.Y.-ın məhkəməsinə zərərçəkənlər məcburi gətirilə bilər


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

Aprelin 17-da Bakı Ağır Cinayətlər Məhkəməsində A.M.A.Y. MMC-nin rəhbəri Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Prosesdə «Xudafərin» MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan Sədaqət Əsgərov dindirilib. Bildirib ki, təqsirləndirilən şəxslərdən heç bir tələbi yoxdur.

Abdulla Abdullayev də ona verilən sualları cavablandırıb, deyilənlərə münasibət bildirib.

Deyib ki, məqsədi vətəndaşlara yaxşı şəraitin yaradılması üçün evlər tikib təhvil vermək olub. İddia edib ki, ondan asılı olmayan səbəblərdən tikintinin dayandırılması işi yubadıb.

Növbəti proses aprelin 20-ə təyin olunub. Prosesdə zərərçəkən qismində tanınan şəxslərin məcburən gətirilməsi müzakirə olunacaq.

Bir qədər sonra bugünkü məhkəmə prosesindən ətraflı reportajla tanış olmaq imkanınız olacaq.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan onunla bağlı daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittihamlar irəli sürülüb.

İşadamı ittihamları qəbul etmir və həbsini sifarişli hesab edir.

XS
SM
MD
LG