Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:16

«Qazprom» qazın hər min kub metrinə görə Gürcüstandan 230 dollar tələb edir


Rusiyanın «Qazprom» şirkəti gələn ildən Gürcüstana verilən qazın qiymətini iki dəfə qaldırmaq fikrindədir. Rusiya mətbuatının verdiyi məlumata görə, «Qazprom» qazın hər min kub metrinə görə Gürcüstandan 230 dollar tələb edir. Hazırda Rusiya Gürcustana qazın hər min kub metrini 110 dollara satır.


Rusiya Energetika Nazirliyinin sözçüsü Yuri Yerşov deyib ki, Moskva artıq keçmiş sovet ölkələrini ucuz qazla təmin etmək fikrində deyil: «Artıq kimlərəsə yardım etmək praktikasını dayandırmaq lazımdır. Biz sadəcə, baha məhsulu ucuz verir, əvəzinisə almırıq. Bizim özümüzdə vəziyyət çətindir. Çoxlu kasıblar, xeyli sosial problemlər var. Bizim kimisə saxlamaq, ona yardım etmək imkanımız yoxdur. Buna görə də qiymətlər birmənalı şəkildə beynəlxalq standartlara uyğun olmalıdır».


Gürcüstanın Xarici İşlər naziri Gela Bezuaşvili isə deyib ki, Tbilisi ümid edir ki, bu qərar siyasi yox, daha çox iqtisadi məqsədlə qəbul edilib.


XS
SM
MD
LG