Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 10:49

Azərbaycana gətirilən maşınların sayı 2 dəfə azalıb


Bu ilin yanvar-mart aylarında Azərbaycana 10 035 avtomobil idxal olunub.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12 476 avtomobil və ya 2,24 dəfə azdır.

Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 2 524 avtomobil və ya 83,6% çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 203 -ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 9 256 -sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 500 -ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 76 -sı xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

XS
SM
MD
LG