Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:03

UNESKO «Dədə Qorqud»a üz tutdu...


-

«Əsrlər dəyişir, cürbəcür ideologiyalar bir-birini əvəz edir, «Dədə Qorqud» isə yaşayır»

Bu sözləri aprelin 15-də UNESCO-nun mənzil-qərargahında «Kiitabi-Dədə Qorqud» eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev səsləndirib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbir Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Türkmənistanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə düzənlənib.

Tədbiri açan Dünya İrs Mərkəzinin direktor müavini xanım Meştild Rossler ​«Kitabi-Dədə Qorqud» eposunu təkcə türk xalqlarının deyil, dünya mədəniyyətinin qədim irsi kimi dəyərləndirib, eposun yazılı Drezden və Vatikan variantlarının olduğunu söyləyib. O, əsərin xalqların öz azadlığı uğrunda mübarizəsinin tarixiliyı baxımından çox dəyərli olduğunu, türkdilli ölkələrin əksəriyyətində Dədə Qorqudla bağlı abidələrin yaradıldığını diqqətə çatdırıb.

Elçin Əfəndiyev tədbir iştirakçılarını dastanla bağlı məlumatlandırıb: «Hələ XVIII əsrdən məlum olsa da, əslində Avropa şərqşünaslıq elmi bu eposu yalnız 1815-ci ildə kəşf edib. Həmin il alman alimi Henrix Fridrix fon Dits «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsini tapdı və bundan sonra, az qala iki əsrdir ki, dünya şərqşünaslığının bir çox böyük nümayəndələri «Kitabi-Dədə Qorqud»u tədqiq, təhlil və tərcümə edib və alman, rus, ingilis, fransız, türk, italyan, ərəb, fars, serb, gürcü, türkmən, qazax, latış və s. dillərdə nəşr ediblər».

Qazaxstan Respublikasının dövlət katibi Gülsarə Abdikalykova, Türkiyənin UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Bostalı, Türkmənistan EA Əlyazmalar İnstitutunun direktoru Annaqurban Aşirov və Beynəlxlaq Türk Akademiyasının prezidenti Darxan Kıdırali çıxışlarında bildiriblər ki, müdriklik timsalının simvolu olan Dədə Qorqud obarızının əks olunduğu "Kitabi-Dədə Qorqud" ümumbəşəri əsər olmaqla yanaşı, dəyərli mədəni irs kimi türk xalqlarının milli abidəsidr.

Xalqların mədəni irslərinin qorunub saxlanılmasında, mədəniyyətlərarası dialoqun yaranmasında UNESCO-nun xidmətlərini qeyd edən natiqlər bu gün "Kitabi-Dədə Qorqud" eposunun ilk nəşrinin 200 illiyinin qurumda qeyd edilməsinin bunun bariz nümunəsi olduğunu bildirib, UNESCO ilə əməkdaşlıqdan, habelə ölkələrində Dədə Qorqudla bağlı ucaldılan abidələrdən və görülən işlərdən bəhs ediblər.

Sonda Azərbaycanın, Qazaxıstanın, Türkiyənin, Özbəkstanın və Türkmənistanın incəsənət ustalarının ifasında xalq mahnıları və Dədə Qorquda həsr olunan mahnılar səslənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG