Azərbaycan gələn ildən Bakı-Tbilisi-Ceyhan ( BTC) neft boru kəmərinin fəaliyyətindən ilk mənfəəti əldə edəcək. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, ilkin hesablamalara görə, dividentlərin ümumi məbləğinin 80 milyon dollar olacağı gözlənilir. Onun 15 milyonu Azərbaycanın payına düşəcək.