Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:15

Jurnalistlər də aclıq aksiyasına başlayacaq


Redaktorlar Birliyində təmsil olunan «Azadlıq», «Yeni Müsavat» və «Bizim Yol» qəzetlərinin əməkdaşları və rəhbərliyi noyabrın 7-də mətbuata təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlayacaqlar. Həmin gün onlar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəsinin binası qarşısında etiraz aksiyası keçirəcəklər. Bu haqda Redaktorlar Birliyinin noyabrın 2-də keçirdikləri toplantısında «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov məlumat verdi.


Mətbuata təzyiqlərə etiraz olaraq «Azadlıq» blokuna daxil olan siyasi partiyaları təmsil edən 6 nəfərin oktyabrın 30-dan başladıqları müddətsiz aclıq aksiyası isə davam edir.


XS
SM
MD
LG