Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 08:35

Putinin gəlirləri 2 dəfə artıb


Sanksiyalar altında olan Rusiyada prezident Putinin 2014-cü ildəki gəlirləri bir il əvvəllə müqayisədə 2 dəfə artıb. Kremlin gəlirlər haqda saytına görə, Putin keçən il 7 milyon 654 min rubl qazanıb. Bir il əvvəl onun gəlirləri 3,6 milyon rubl idi.

Daşınmaz əmlaka gəldikdə Putin torpaq sahəsini, qarajı və 77 kv metrlik mənzili göstərib. Onun 3 maşını var- QAZ- M21, QAZ- M21P və Niva.

Keçən il Putinin mətbuat katibi Peskov prezidentdən çox qazanıb- 9 milyon 200 min rubl.

XS
SM
MD
LG