Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:09

Dəymiş ziyanla bağlı Əli Bayramlıya iki, Mingəçevirə isə bir milyon manat ayrılıb


Prezident İlham Əliyev noyabrın 2-də Əli Bayramlı və Mingəçevir şəhərlərinin ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sənədə əsasən, 2006-cı il dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əli Bayramlı Şəhər İcra Hakimiyyətinə iki milyon, Mingəçevir Şəhər İcra Hakimiyyətinəsə bir milyon manat ayrılıb.


Sərəncamda Əli Bayramlı və Mingəçevir Şəhər İcra Hakimiyyətlərinə tapşırılır ki, şəhər təsərrüfatına və əhaliyə dəymiş ziyanın müəyyən edilmiş qaydada qiymətləndirilməsi əsasında, iki ay ərzində dəymiş ziyanın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər və nəticəsi barədə prezidentə məlumat versinlər.


XS
SM
MD
LG