Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 14:16

Azərbaycan voleybolçuları noyabrın 3-də dominikanlılarla qarşılaşacaq

Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya Çempionatında ikinci turun oyunları da arxada qalıb. «B» qrupunda yarışan Azərbaycan yığması bu dəfə Rusiya voleybolçularına 1:3 hesabı ilə uduzub. Qrupun digər oyunlarında Almaniya Meksikanı, Çin isə Dominikan Respublikasını 3:0 hesabı ilə məğlub edib. Faiq Qarayevin komandası noyabrın 3-də dominikanlılarla qarşılaşacaq.


XS
SM
MD
LG