Keçid linkləri

2026, 12 Sentyabr, şənbə, Bakı vaxtı 08:56

Macarıstan və Azərbaycan 19 yaşlıları növbəti mərhələyə vəsiqə qazanıb

19 yaşlı futbolçular arasında Avropa çempionatının Kiprdə keçirilən seçmə oyunları başa çatıb. Xəbər verdiyimiz kimi, Azərbaycan yeniyetmələrinin növbəti mərhələyə adlamaq perspektivi meydan sahibləri ilə oyundan asılı idi. Çərşənbə günü keçirilən oyun heç-heçə bitib-1:1. Qrupun digər oyununda macarlar erməniləri 4:1 hesabı ilə məğlub edib. Beləliklə, növbəti mərhələyə Macarıstan və Azərbaycan 19 yaşlıları vəsiqə qazanıb.


XS
SM
MD
LG