Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 06:20

Xarici ölkə vətəndaşlığını gizli qəbul edənlər məsuliyyətə cəlb olunacaq


Azərbaycan pasportu

Azərbaycan pasportu

-

Prezident İlham Əliyev xarici ölkə vətəndaşlığını gizli qəbul edən Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Məclisə təklif verib.

Milli Məclisdən apa-ya bildirildiyinə görə, təklif növbəti iclasda müzakirəyə çıxarılacaq.

Təklifə əsasən, xarici ölkə vətəndaşlığını qəbul edən şəxs Azərbaycanın müvafiq icra orqanlarına bir ay ərzində məlumat vermədiyi halda məsuliyyətə cəlb olunacaq.

Bu əmələ görə, 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılma nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG