Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:23

Çihadçı hakerlər Fransa TV-nin parollarını belə ələ keçirdilər


Özünü Kiberxilafət adlandıran qrupunun TV5Monde telekanalının facebook səhifəsindəki mesajı.
Özünü Kiberxilafət adlandıran qrupunun TV5Monde telekanalının facebook səhifəsindəki mesajı.

Müxbir iş masasının qarşısında müsahibə verirdi və bu zaman masaya yapışdırılmış sarı qeyd kağızlarının üzərindəki parollar görünürdü.

-
TV5Monde telekanalına çihadçıların haker hücumunu mümkün edən səbəb gözlənildiyindən qat-qat sadədir. Kanalın veb və sosial media saytlarına daxil olmaq üçün özünü "Kiberxilafət" adlandıran haker qrupuna mürəkkəb proqramlar tələb olunmayıb, giriş parolunu əldə etmək üçün TV5Monde kanalının yayımına baxmaq - daha dəqiq desək, 13 Heures proqramına adi tamaşaçı deyil, haker gözü ilə baxmaq kifayət edərdi. Peyk hakerliyi barədə danışan kanalın əməkdaşı David Delos müsahibə üçün elə bir yer seçmişdi ki, özü də bilmədən şirkətin ən azı bir parolunu açmışdı.

Arxa plandakı parol

Bu ona görə olub ki, müxbir iş masasının qarşısında müsahibə verirdi və bu zaman masaya yapışdırılmış sarı qeyd kağızları və indeks kartları arxa planda görünürdü. Bu kağızlardan bəzilərinin üzərində internet hesablarının adları və parolları göstərilmişdi.

Konkret olaraq Delos-un müsahibəsi zamanı TV5Monde kanalının Tvitter və İnstagram hesablarının parollarını oxumaq mümkün idi. Lakin bunu hər halda verilişin arxivlənmiş videoyazısından oxumaq çətin imiş. Amma əvəzində Youtube saytına aid informasiyanı görmək olurdu. "Pent0thal" adlı Tvitter istifadəçisi yazır müxbirin arxasında "lemotdepassedeyoutube" yazısını oxyub. Bu, fransız dilindən “YouTubesaytınınparolu” kimi tərcümə olunur və uzunluğuna baxmayaraq son dərəcə sadədir.

Kibercihad?

Telekanalın haker hücumuna məruz qalması Fransada dövlət səviyyəsində çaxnaşmaya səbəb olub.

Baş nazir Manuel Valls bu aktı “informasiya azadlığı üzərinə yolverilməz hücum” adlandırıb.

Ölkənin daxili işlər naziri Bernard Cazeneuve hadisənin “terror aktı” ola biləcəyinə işarə edib.

TV5Monde kanalının Facebook saytına hakerlər tərəfindən post edilmiş mesajda deyilirdi: “Kiberxilafət İslam Dövləti düşmənlərinin əleyhinə kibercihadını davam etdirir”.

Hakerlər kanalın profilini dəyişərək əvəzində maskalı islamçının şəklini yerləşdirmişdilər.

TV5Monde parollarla bağlı yayılan son xəbərlərə hələlik reaksiya verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG