Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:36

SOCAR prezidenti Bağdadda səfərdə olub


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İraqın paytaxtı Bağdad şəhərində səfərdə olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində R.Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüş keçirilib. Görüşdə iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılıb. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması qeyd olunub.

Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraqarasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

XS
SM
MD
LG