Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:59

Bakıda ticarət mərkəzində zəhərlənmə, 15-dən çox şəxs xəstəxanaya düşdü


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

Bakıda “Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə olub.

Məlumatı Nərimanov Rayon Polis İdarəsinə istinadən APA yayıb.

Bildirilir ki, Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.

HADİSƏLƏRİN GEDİŞİNİ DAİM YENİLƏNƏN BLOQDA İZLƏ

XS
SM
MD
LG