Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:03

Təyyarənin Bakıya məcburi enməsinə aydınlıq gətirildi


British Airways
British Airways

-

«British Airways» aviaşirkəti Bakı-London marşrutu üzrə uçan təyyarənin məcburi enməsinə aydınlıq gətirib.

Bu barədə apa-ya şirkətdən məlumat verilib.

«Bizim Bakı-London istiqamətində uçan avialaynerin kapitanı təyyarənin mühərriklərinin birində nasazlıqdan şübhələnərək təyyarə havaya qalxıqdan az sonra yenidən Bakıya qayıtmaq qərarını qəbul edib. Müştərilərimizin səyahətlərini ləngitdiyimiz üçün təəssüflənirik. Bütün sərnişinlər digər aviareyslərlə Londona göndərilib», - deyə məlumatda vurğulanıb.

Aprelin 10-da Bakıdan Londona uçan «British Airways» şirkətinə məxsus «Aerobus-32» 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

XS
SM
MD
LG