Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:39

Prezident İlham Əliyev pravoslav xristian icmasını təbrik edib


Ilham Aliyev
Ilham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib:

”Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzularımı yetirirəm.

Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün milli və dini azlıqları, o cümlədən Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristianlar, millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər. Gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlıq, həmrəylik,mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram. Bayramınız mübarək olsun!”.

XS
SM
MD
LG