Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 05:09

Çexiya prezidenti mayın 9-da Moskvada keçiriləcək parada qatılmayacaq


Vladimir Putin və Milos Zeman
Vladimir Putin və Milos Zeman

Çexiya prezidenti Milos Zeman gələn ay Moskvaya səfəri zamanı hərbi paradda iştirak etməmək qərarına gəlib.

Prezidentin mətbuat katibi bildirib ki, Zeman həmin gün Slovakiyanın baş naziri Robert Fico ilə ikitərəfli münasibətləri müzakirə edəcək.

Zeman mayın 9-da parada qatılmaq istədiyinə görə, Çexiyadakı ABŞ səfiri və digər rəsmilərin böyük təzyiqilə üzləşmişdi.

Amma prezidentin sözçüsü deyir ki, Zemanın paradı buraxması,müstəqil qərardır və bunun tənqidlərlə heç bir bağlılığı yoxdur.

Avropa Birliyi ölkələrinin liderləri parada qatılmaqdan imtina ediblər.

Rusiya hər il mayın 9-nu 2-ci Dünya Müharibəsi zamanı Nasist almaniyası üzərində qələbənin ildönümü kimi qeyd edir.

XS
SM
MD
LG