Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:08

Viktoriya və Albert Muzeyinin direktoru Xalçaçılıq Muzeyi, Lahıc qəsəbəsi ilə maraqlanıb


 Viktoriya və Albert Muzeyi

Viktoriya və Albert Muzeyi

-

Britaniyanın məşhur Viktoriya və Albert Muzeyinin direktoru Martin Roth Bakıda səfərdədir.

Aprelin 9-da mədəniyyət və turizm naziri Əbülfəz Qarayev onu qəbul edib.

Bu haqda nazirliyin saytı xəbər verir.

Əbülfəz Qarayev qonağa qarşıda duran Üçüncü Mədəniyyətlərarası Dialoq Forumu, ölkə muzeylərinin fəaliyyəti, sərgilərin təşkili və muzeylər arasında mübadilələr, xüsusən Viktoriya və Albert Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq haqqında məlumat verib.

Martin Roth yerli muzey mütəxəssisləri ilə əməkdaşlıq qurulmasında və eksponatların mübadiləsində maraqlı olduğunu bildirib. Xüsusən, o, Xalçaçılıq Muzeyinə, Lahıc qəsəbəsinə və ölkənin digər tarixi yerlərinə maraq ifadə edib.

Viktoriya və Albert Muzeyi Britaniyanın ən məşhur muzeylərindən biridir. Bu muzeydə Azərbaycanın XVI əsrə aid 56 kv. metrdən çox olan ən böyük «Şeyx Səfi» xalçası saxlanılır.

XS
SM
MD
LG